Gürcüstanda azərbaycanlılar arasında təbii artım 11% azalıb


Dünya 31 Mar 2020 12:04:59 121 0

Gürcüstanda azərbaycanlılar arasında təbii artım 11% azalıb

2019-cu ildə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli&bölgəsində təbii artım 1 473 nəfər təşkil edib.

2019-cu ildə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartlibölgəsində təbii artım 1 473 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistikaİdarəsinin illik hesabatında bildirilib.İllik müqayisədə bölgədə təbii artım 181 nəfər və ya 10,9% azalıb.

Ötən il Gürcüstanda təbii artım 1 637 nəfər təşkil edib ki, bu da illik müqayisədə64,5% azdır.

Hesabat ilində Kvemo Kartli bölgəsində nikahların sayı 2 556, boşanmaların sayıisə 1 107 təşkil edib. Nikah və boşanmaların sayı müvafiq olaraq 110 və 113 halartıb.

2019-cu ildə Gürcüstanda nikahların ümumi sayı isə 23 285 (+0,4%), boşanmalarınümumi sayı isə 11 205 (+8,9%) olub.