BANM qlobal distant təhsil proqramının lisenziyasını aldı


Sosial 31 Mar 2020 11:58:39 116 0

BANM qlobal distant təhsil proqramının lisenziyasını aldı

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal&distant tədris proqramına qoşulub.&

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobaldistant tədris proqramına qoşulub.

BANM-dən "Report"a verilən məlumata görə, proqramın məqsədi koronavirus infeksiyasından təsirlənmişölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

Martın 26-danetibarən ali məktəbsözügedən proqramın tədrisinə dair lisenziya əldə edib.

Beləliklə, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiyatəhlükəsizliyi” ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400 ixtisasüzrə təklif etdiyi 3 800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz və onlayn mənimsəməkimkanı əldə ediblər.

Belə ki, tələbələr "Coursera for Campus" proqramı çərçivəsində İnformasiya texnologiyaları,Kompüter elmləri və Mühəndislik üzrə kurslardan yararlanırlar.

Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi yararlanır. Kursumüvəffəqiyyətlə bitirən tələbələr sonda sertifikat əldə edəcəklər. Bu da onlara müvafiq fənlər üzrəfinal imtahanlarından azad olmaq imkanı verəcək.

Xatırladaqki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim vəişçi heyətinə yüksək keyfiyyətli onlayn təhsil təklif edir.