Azərbaycan manatının dövretmə sürəti azalıb


İqtisadiyyat 31 Mar 2020 11:45:08 106 0

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,12 bənd təşkil edib

Bu ilin martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,12 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,24 bənd az, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin martın 1-nə nisbətən isə 0,67 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.