Gürcüstanda iqtisadi artım 2,2%-ə düşdü


Dünya 31 Mar 2020 11:48:08 107 0

Gürcüstanda iqtisadi artım 2,2%-ə düşdü

Fevral ayında Gürcüstanda ÜDM-in real artım tempi illik müqayisədə 2,2% təşkil edib

Fevral ayında Gürcüstanda ÜDM-in real artım tempi illik müqayisədə 2,2% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin iqtisadi artımında 2,9% azalma qeydə alınıb.

Yanvar-fevral aylarında ÜDM-in orta real artım tempi isə illik müqayisədə 3,7%-ə barəbar olub.

Ötən ay topdan və pərakəndə satış, minik avtomobilləri və motosikllərin təmiri, informasiya və kommunikasiya, daşınmaz əmlak və yerləşdirmə və qida xidmətləri sahəsində artım, istehsal, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində isə azalma qeydə alınıb.