Xəyalə “Maşın”da qazandığı avtomobillə qəzaya düşdü


Şou-biznes 31 Mar 2020 11:44:00 158 0

Xəyalə “Maşın”da qazandığı avtomobillə qəzaya düşdü

Tanınmış aktrisa və aparıcı Xəyalə Quliyevanın "Maşın" şouda udduğu avtomobildə qəzaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, aktrisa məşhur şouda qazandığı avtomobildə qəza keçirməsi ilə bağlı yayılan xəbərlərə instaqramda cavab verib: "Dostlar, xəbərlərdə maşınımla qəza keçirdiyimi yazıblar. Dostlarım da haqlı olaraq narahat olub, mənə yazırlar. Demək istəyirəm ki, mən də yaxşıyam, maşın da. "Qəza" sözü bir az böyük səslənib. Sadəcə azacıq buferini sürtmüşdüm, o da düzəldi. Yəni, olan şeydir, narahatlığa səbəb yoxdur. Maraqlandığınız üçün təşəkkür edirəm".