Gürcüstanda nazir müavini koronavirusdan sağaldı


Dünya 31 Mar 2020 11:32:57 107 0

Gürcüstanda nazir müavini koronavirusdan sağaldı

Gürcüstanda koronavirusa yoluxan ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze sağalıb.

Yuri Nozadze

Gürcüstanda koronavirusa yoluxan ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Yuri Nozadze sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir müavini üç həftəlik müalicə kursundan sonra xəstəxananı tərk edib. O, iki həftə ərzində özünütəcriddə olacaq.

Bununla qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 21-ə çatıb.