İsraildə koronavirusa yoluxanların sayı 5 minə çatır


Dünya 31 Mar 2020 11:03:15 104 0

İsraildə koronavirusa yoluxanların sayı 5 minə çatır

Bildirilib ki, 83 xəstənin vəziyyəti ağır, 95-nin vəziyyəti orta ağır qiymətləndirilir.

İsraildə son sutkada koronanvirusdan daha 2 nəfər ölüb, 484 nəfər isə bu virusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, virusun son sutkadakı qurbanı İtaliyada virusa yoluxaraq orada ölüb. İsraildə indiyədək 17 nəfər bu virusdan dünyasını dəyişib.Ölənlər 49-94 yaş aralığındadır. Bildirilib ki, 83 xəstənin vəziyyəti ağır, 95-nin vəziyyəti orta ağır qiymətləndirilir. İndiyə qədərİsraildə 4 831 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 786 270-i ötüb. Bunların 165 660 nəfəri sağalıb, 37 830 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.