Gürcüstanda valyuta dəyişmə məntəqələri bağlandı


Dünya 31 Mar 2020 11:14:38 117 0

Gürcüstanda valyuta dəyişmə məntəqələri bağlandı

Bu gündən Gürcüstanda bütün ölkə ərazisində valyuta dəyişmə məntəqələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu gündən Gürcüstanda bütün ölkə ərazisində valyuta dəyişmə məntəqələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankından bildirilib.

Kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.

Bank ölkə sakinlərini ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.

Qeyd edək ki, bu gündən koronavirus epidemiyası ilə bağlı Gürcüstanda ümumi karantin qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.