Habil Əliyevin qızı koronavirusa yoluxub? AÇIQLAMA


Digərləri 31 Mar 2020 10:50:00 239 0

Habil Əliyevin qızı koronavirusa yoluxub?  AÇIQLAMA

Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub.

Son.az kulis.az-a istinadən xəbər verir ki, Vəfa Əliyeva xəstəxanada karantin rejimində olduğunu bildirib:

"Hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki xəstəlik, ümumiyyətlə, qızdırma periodunda yoluxdurur.

Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı, tək-tək öskürək də vardı. Ondan sonra özüm "Referans" laboratoriyaya zəng vurdum.

Analizləri götürdülər, nəticələr müsbət çıxdı. Özüm gəldim Tədris Terapiya Mərkəzinə, dedim, istəyirəm, gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram".

Vəfa Əliyeva daha sonra əlavə edib: