Türkiyə-İran qaz boru xəttində partlayış olub


İqtisadiyyat 31 Mar 2020 10:28:53 121 0

Türkiyə-İran qaz boru xəttində partlayış olub

Bu gün səhər saat 06.00-da Türkiyə-İran qaz boru xəttinin Türkiyənin Doğubeyazıt rayonunda Gürbulak Sərhəd keçid məntəqəsindən keçən hissəsində partlayış baş verib

Bu gün səhər saat 06.00-da Türkiyə-İran qaz boru xəttinin Türkiyənin Doğubeyazıt rayonunda Gürbulak Sərhəd keçid məntəqəsindən keçən hissəsində partlayış baş verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan sonra 40 metr yüksəkliyində yanğın baş verib.

Qeyd edək ki, yanğınsöndürənlərin, mülki müdafiə və təhlükəsizlik qüvvələrinin cəlb olunduğu yanğını söndürmək üçün qaz xəttindəki təbii qazın qurtarması gözlənilir.