ABŞda ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib


Dünya 31 Mar 2020 09:26:00 76 0

ABŞda ilk dəfə koronavirusdan hərbçi dünyasını dəyişib

ABŞ-da ilk dəfə yeni növ koroanvirusdan (COVİD-19) hərbçi dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Mark Esperin Pentaqonun saytında yerləşdirilən bəyanatında deyilir.

Qeyd edilir ki, Nyu-Cersi ştatından olan hərbçi marıtn 21-i koronavirus səbəbilə xəstəxanaya yerləşdirilib, martın 28-i isə dünyasını dəyişib:

"Bu, bizim hərbi cəmiyyətimiz üçün ağır itkidir, və biz onun ailəsinə, dostlarına, mülki həmkarlarına və bütün Milli Qvardiyaya başsağlığı veririk. Bu itki barədə xəbər bizi COVİD-19-un yayılmasının qarşısını almaq üçün müəssisələrərarası tərəfdaşlarımızla daha da yaxından işləmək üzrə qərarlığımızı gücləndirir".