Pandemiya dövründə smartfon bazarına kim liderlik edir?


Digərləri 31 Mar 2020 08:51:00 95 0

Pandemiya dövründə smartfon bazarına kim liderlik edir?

Dünyada cərəyan edən koronavirus pandemiyasına baxmayaraq, fevral ayında smartfonların qlobal satışı 14% azalıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə gözlənilən qədər pis deyil.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda "Counterpoint" analitik agentliyi məlumat yayıb.

Məlumata görə, Çinin smartfon bazarında satış 38% azalıb: "Bu ilin fevral ayında Çində müxtəlif smartfonların satışı 50% azalmışdı. Lakin cihazların satışı onlayn rejimə keçdikdən sonra bu fərq 38%-ə düşüb".

Koronavirus pandemiyasının cərəyan etdiyi dönəmdə isə smartfon bazarına liderliyi Samsung şirkəti edir. O bazarın 21,9% payına sahibdir. Apple ikinci yerdə gələrək, 14,4% paya malikdir. Huawei bu siyahıda üçüncü sırada gəlir. Onun bazar payı isə 13,2%-dir.

Mütəxəssislər qeyd edirlər ki, əslində Huawei-in göstəriciləri gözlənilən nəticədən daha yaxşı olub: "Qeyd edək ki, bu ilin fevral ayında Huawei şirkəti dünya üzrə 12 milyondan çox mobil cihaz satıb. İstehsalçının dünya bazarında payı isə sadəcə 1% azalıb".