Panamada komendant saatını pozan minlərlə insan saxlanılıb


Dünya 31 Mar 2020 08:52:00 91 0

Panamada komendant saatını pozan minlərlə insan saxlanılıb

Panamada komendant saatını pozan 4 mindən artıq insan saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik nazirinin müavini İvor Pitti bildirib.

İ.Pitti deyib: "Martın 19-u 507 nömrəli sərəncamın qüvvəyə mindiyi vaxtdan , ölkənin bütün ərazisi üzrə 4175 nəfər saxlanılıb".

Bildirilir ki, komendant saatını pozan şəxsləri böyük cərimələr gözləyir.