Putin və Tramp koronavirus pandemiyasını müzakirə ediblər


Dünya 31 Mar 2020 08:53:00 115 0

Putin və Tramp koronavirus pandemiyasını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı dövlət başçıları dünyada koronavirusun yayılmasının miqyasından ciddi narahatlıqlarını ifadə ediblər, Rusiya və ABŞ-da bu təhlükə ilə mübarizə üzrə görülən tədbirlər barədə bir-birlərini məlumatlandırdılar: "Bu istiqamətdə iki ölkə arasında daha sıx əməkdaşlıq imkanları müzakirə edilib".

Tərəflər həmçinin dünya neft bazarındakı vəiyyəti, bir sıra ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.