Tramp adminstrasiyasından Huaweiə daha bir qadağa


Digərləri 31 Mar 2020 08:41:00 73 0

Tramp adminstrasiyasından Huaweiə daha bir qadağa

Donald Tramp adminstrasiyası Huawei-in qlobal bazarda prosessor satın almasının qarşısını almaq üçün tədbirlər planı hazırlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, bu addım rəsmi Vaşinqton ilə rəsmi Pekin arasındakı gərginliyin artmasından dolayı atılıb.

Belə ki, hər iki tərəf də koronavirus pandemiyasında qarşıdakını günahlandırmaqda israr edir.

ABŞ prosessor istehsal edən xarici şirkətlərin Huawei ilə əməkdaşlıq etməzdən əvvəl icazə almaqlarını istəyəcək.