Tramp ABŞda bir milyondan artıq koronavirus testinin keçirildiyini bildirib


Dünya 31 Mar 2020 08:42:00 119 0

Tramp ABŞda bir milyondan artıq koronavirus testinin keçirildiyini bildirib

ABŞ-da bir milyondan artıq yeni növ koronavirus (COVİD-19) testi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Bu gün biz koronavirusa qarşı müharibədə tarixi mərhələyə çatmışıq. Bir milyondan artıq amerikalı testdən keçib, bu, hər hansı digər ölkədən daha çoxdur. Testlər dəqiqdir. Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar fantastik iş görüb".

A.Azarın sözlərinə görə, ölkədə gün ərzində 100 min koronavirus testi keçirilir: "Bu işdə iştirak edən bütün tərəfdaşlara təşəkkür edirəm".

Ağ Evdə keçirilən brifinqə administrasiya nümayəndələri beş dəqiqə ərzində koronavirusun mövcudluğunu müəyyənləşdirən ekspress-test gətiriblər. D.Tramp testi qutusundan çıxararaq nümayiş etdirib.