Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb


Dünya 31 Mar 2020 08:43:00 99 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 103 nəfərə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) daha 3 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə hökuməti tərəfindən yaradılan xüsusi stopcov.ge saytında deyilir.

Bildirilir ki, ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 103-ə çatıb, 20 nəfər sağalıb.

Məlumata əsasən, hazırda 5114 nəfər karantin rejimində, 263 nəfər isə həkim nəzarəti altında saxlanılır.