Liftdə koronavirusa yoluxmamaq üçün çinlilər müxtəlif yollara əl atdılar


Digərləri 31 Mar 2020 08:25:00 115 0

Liftdə koronavirusa yoluxmamaq üçün çinlilər müxtəlif yollara əl atdılar

Səs nəzarəti sistemi, yemək və diş çubuqları, əlcəklər, salfetlər koronavirusun yayılmasına qarşı necə istifadə olunur?

Liftlər zəif havalandırma sistemi, qapı və düymələrə toxunan insanların çox olduğu qapalı bir yerdir. Ofislərdə və yaşayış binalarında fəal şəkildə istifadə olunur, buna görə onlardan gizlənəcək heç bir yer yoxdur. Liftlərdən istifadədən imtina edə bilərsiz, lakin bu, həmişə mümkün deyil.

Çində, əlbəttə ki, liftlər dezinfeksiya edilir, lakin sərnişin axınının çox olması səbəbindən bu, kifayət deyil. Liftdən istifadə etdikdən və maska taxdıqdan sonra əllərin necə yuyulmağına dair əsas tövsiyələri də nəzərə alsaq, Çin vətəndaşları liftdəki düymələri əlləri ilə basmamaq üçün ixtiraçılıq möcüzələri göstərirlər. Bu müxtəlif versiyalar bir az "dəlisov" görünsə də əslində olduqca təsirli ola bilər.

Belə bir vəziyyətdə, texnoloji cəhətdən ən təhlükəsizi səs nəzarət sistemidir. Təhlükəsiz olmasına baxmayaraq, məlum səbəblərdən hər yerdə mövcud deyil.

Ən məntiqli və eyni zamanda əlverişli bir yol əlcək geyinməkdir. Ancaq sadə yol olsa da bəzi çətinlikləri var. Əvvəla, əlcəklərin özləri müəyyən bir şəkildə mütəmadi olaraq dezinfeksiya edilməlidir. İkincisi, əlcəklərlə üzünüzə toxuna bilməzsiniz, buna görə də onları çıxartmalısınız. Beləliklə, bu metod xüsusilə praktik deyil.