Messengerə koronavirusla bağlı bölmə əlavə edildi


Digərləri 31 Mar 2020 08:31:00 109 0

Messengerə koronavirusla bağlı bölmə əlavə edildi

Feysbuk mesajlaşma tətbiqi olan Messenger-ə koronavirusla bağlı bölmə əlavə edib.

Son.az ted.az-a istinadən bildirir ki, şirkət rəsmilərinin verdiyi açıqlamaya görə, Messenger artıq COVID-19 mərkəzinə sahibdir.

İstifadəçilər tətbiqdəki sözügedən bölməyə keçid edərək Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamaları ilə tanış ola biləcəklər.

Bundan başqa, bölmədə alim, siyasətçi, jurnalist, eləcə də müxtəlif önəmli şəxslərin şərhləri də yer alacaq.