“İspan qripi”ndən qurtulan qadın COVID19 pandemiyasının qurbanı oldu FOTO


Dünya 31 Mar 2020 08:28:00 193 0

“İspan qripi”ndən qurtulan qadın COVID19 pandemiyasının qurbanı oldu  FOTO

Ötən əsrdə "İspan qripi" pandemiyasından sağ çıxmağı bacaran britaniyalı Hilda Çörçil yeni növ koronavirus (COVID-19) pandemiyasının qurbanı olub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Salford şəhərindəki qocalar evində yaşayan 108 yaşlı qadın COVID-19 infeksiyasına yoluxması təsdiqlənəndən 4 gün sonra - martın 28-də dünyasını dəyişib.

Dörd övladı, 11 nəvəsi, 12 nəticəsi, 3 kötücəsi olan Hilda Çörçil martın 29-da 109-cu doğum gününü qeyd etməyə hazırlaşırdı.

Qeyd edək ki, Hilda Çörçilin bacısı 1918-1920-ci illərdə dünyada təxminən 50 milyon adamın ölümünə səbəb olan "İspan qripi"nin qurbanı olub.