Trump GM şirkətini havalandırma ventilyatoru istehsal etməyə çağırdı


Digərləri 31 Mar 2020 08:15:00 98 0

Trump GM şirkətini havalandırma ventilyatoru istehsal etməyə çağırdı

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp General Motors (GM) şirkətini havalandırma ventilyatoru istehsal etməyə çağırıb.

Son.az ted.az-a istinadən bildirir ki, koronavirusun sürətlə yayılması ABŞ hökumətini qabaqlayıcı tədbirlər görməyə vadar edir. Prezident bəyan edib ki, hökumətin özəl müəssisələrdən belə bir tələb etməsi qanunvericiliyin tələblərinə uyğundur.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 104 minə çatıb. Bu ölkə virusa yoluxma sayına görə, hətta Çini də geridə qoyub.