OneWeb peyk operatoru müflis oldu


Digərləri 31 Mar 2020 07:21:00 94 0

OneWeb peyk operatoru müflis oldu

Britaniyanın OneWeb peyk operatoru Nyu York məhkəməsinə öz iflası barəsində sorğu göndərib. Şirkət bu ilin əvvəlindən bəri yeni investisiyaların cəlb olunması üzrə aktiv danışıqlar aparırdı. Həmin investisiyalar şirkətin layihəsini maliyyələşdirməyə davam edəcəkdilər. Lakin koronavirusa görə stabil olmayan bazar səbəbilə sözügedən danışıqlar bir nəticə vermədilər. Bu barədə Financial Times saytı xəbər verib.

Saytın verdiyi məlumata əsasən OneWeb bir neçə ay ərzində öz investorlarından birindən 2 milyard dollar investisiyanın cəlb olunması üzrə danışıqlar aparırdı. Söhbət, Yaponiyanın SoftBank şirkətindən gedir. Məlumata əsasən SoftBank ilə olmuş danışıqlar bu ayın sonuna yaxın uğursuzluqla nəticələndilər. Qeyd etmək lazımdır ki, OneWeb şirkəti özünün peyklər sistemi vasitəsilə bütün planeti sürətli internet şəbəkəsi ilə təmin etmək istəyirdi.

Bu ilin mart ayına kimi şirkət artıq Yer kürəsinin orbitində 74 ədəd pek yerləşdirib. 2021-ci ilin sonuna kimi isə 650 ədəd peykin yerləşdirilməsi planlaşdırılırdı. Sözügedən startap indiyənə kimi ümumilikdə 3 milyard dollar investisiya cəlb edib. İnvestorlar siyahısında SoftBank, Qualcomm, Virgin Group kimi böyük şirkətlər var.