Rusiya, Çin koronavirusla mübarizədə ABŞ-a, ABŞ isə İtaliyaya kömək edəcək

Dünya 31 Mar 2020 03:41:02 117 0

Rusiya, Çin koronavirusla mübarizədə ABŞ-a, ABŞ isə İtaliyaya kömək edəcək

ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Cüzeppe Konte ilə telefon söhbətində COVID-19 infeksiyasına qarşı mübarizə üçün bu ölkəyə təxminən 100 milyon ABŞ dolları məbləğində tibbi yardım göndərməyə söz verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri mətbuat konfransında bildirib.

"Əlavə potensialımız var, əlavə məhsul, hansı ki, bizə lazım deyil. Biz İtaliyaya təxminən 100 milyon ABŞ dolları məbləğində müxtəlif - cərrahiyyə, tibbi, xəstəxana malları göndərəcəyik", - ABŞ prezidenti deyib.

Rusiya isə Birləşmiş Ştatlara koronavirusla mübarizədə yardım edib. Bu barədə də ABŞ prezidenti martın 30-da Vaşinqtondakı brifinqin gedişatında bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, Rusiya Birləşmiş Ştatlara bu ölkədə koronavirusun yayılması fonunda tibbi avadanlıqla dolu təyyarəni göndərib.

"Bizim çox ölkələrlə əla münasibətlərimiz var. Çin bizə bəzi şeylər göndərib. Rusiya bizə çox mallar göndərdi və çox böyük təyyarə... tibbi avadanlıq. Bu çox gözəldir", - Tramp qeyd edib.