İqtisadiyyat naziri: “Tikinti sektoru iqtisadiyyatın sürətini yenidən yığması üçün aparıcı sektorlardan biri olacaq”


İqtisadiyyat 30 Mar 2020 23:01:22 106 0

İqtisadiyyat naziri: “Tikinti sektoru iqtisadiyyatın sürətini yenidən yığması üçün aparıcı sektorlardan biri olacaq”

Azərbaycan hökumətinin yerli sahibkarları koronavirusun təsirindən qorumaq üçün hazırladığı proqramlardan biri vergi güzəştləri, tətilləri və imtiyazlarını əhatə edir

© Report — Vergilər naziri Mikayıl Cabbarov

Azərbaycan hökumətinin yerli sahibkarları koronavirusun təsirindən qorumaq üçün hazırladığı proqramlardan birivergi güzəştləri, tətilləri və imtiyazlarını əhatə edir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin "Hədəf" verilişində məlumat verib.

O, əlavə edib ki, sabahdan başlayaraq rəhbərlik etdiyi qurum proqramın mahiyyətini ictimaiyyətəaçıqlayacaq: "Burada da əsas məntiq ondan ibarətdir ki, biz ən çox mənfi təsir altında olan sahibkarları, sferaları qoruyaq, onların bu gün əlavə likvidliyinə təzyiq yaratmayaq”.

Nazir ölkədə ipoteka kreditləşməsinə dədəstək veriləcəyini qeyd edib: "İpoteka kreditlərinə dəstək proqramı da var.Bilirsiniz ki, ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Nəyə görə, ipoteka kreditləşməsi çox vacibdir? Çünki bizim fəaliyyətimizin əsas hədəfi və ölkə prezidentinin qarşımıza qoyduğu vəzifə yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin ölkənin ortamüddətli yeni iqtisadi çərçivəsinin, bununla bağlıtəkliflərin hazırlanmasından ibarətdir. Tamamilə aydındır ki, pandemiyadan sonrakı dövrdə tikinti sektoru bizim iqtisadiyyatımızın sürətinin yenidən yığması üçün aparıcı sektorlardan biri olacaq. Bu sektor əmək tutumluluğu, böyük həcmdə materialların ölkəmizdə istehsalı baxımından vacibdir. Üstəlik onunmultiplikativ effekti də yuxarıdır. Bu həm dəsosial əhəmiyyətli sahədir. Ölkə vətəndaşlarının yeni mənzillərə sahib olması onların sosialrifahının artması deməkdir. Bilirsiniz ki, ölkədə həm sosial mənzil layihələri uğurla həyata keçirilir, həm də özəl sektorda tikinti uğurla reallaşdırılır. Təbii ki, bu sahənin canlanması bizim üçün çox vacibdir”.