Rusiyada koronavirus xəstələrinin 22 faizində heç bir simptom olmayıb


Dünya 30 Mar 2020 23:25:00 123 0

Rusiyada koronavirus xəstələrinin 22 faizində heç bir simptom olmayıb

Rusiyada koronavirus infeksiyası aşkar edilmiş pasiyentlərin 22 faizində xəstəliyin simptomları olmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Agentliyinin rəhbəri Anna Popova məlumat verib. O deyib ki, Rusiyada infeksiyaya yoluxanların təxminən 1100 nəfəri digər ölkələrdən gəlmiş, öz ailə üzvlərini və həmkarlarını yoluxdurmuş vətəndaşlardır.

A.Popovanın sözlərinə görə, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin 63 faizində kəskin respirator virus infeksiyası, 14 faizində pnevmoniya əlamətləri qeydə alınsa da, 22 faizində ümumiyyətlə heç bir əlamətlər olmayıb.