Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma olub


Dünya 30 Mar 2020 22:40:00 97 0

Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma olub

Gürcüstan parlamentinin erməni əsilli deputatları arasında silahlı qarşıdurma baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Axalkalaki bölgəsində, "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından olan deputat Enzel Mikoyanın evinin yaxınlığında qeydə alınıb.

Silahlı qarşıdurma E.Mikoyan ilə "Milli Hərəkat" partiyasının sabiq deputatı Samvel Petrosyan arasında olub. Hər iki şəxs bir-birinə tapançadan atəş açıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin dəqiq səbəbləri məlum olmasa da, insidentin siyasi amillərlə bağlı olduğu bildirilir.