Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı yenidən işə qayıdıb


Dünya 30 Mar 2020 22:30:00 104 0

Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı yenidən işə qayıdıb

Böyük Britaniyada 20 minə yaxın sabiq həkim və tibb bacısı koronavirus epidemiyası fonunda yenidən əvvəlki işlərinə qayıdıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baş Nazir Boris Conson "Twitter" sosial şəbəkəsində yayımlanan video-müraciətində deyib.

Böyük Britaniyada koronavirus epidemiyası səbəbindən martın 23-də karantin rejimi tətbiq olunub: britaniyalılar yalnız zəruri məhsulları almaq, gündə bir dəfə bədən tərbiyəsi ilə məşğul olmaq, tibbi ehtiyacları üzrə və işə getmək üçün evdən çıxa bilərlər.

Boris Conson martın 27-də koronavirusa yoluxduğunu, zəif simptomların müşahidə olunduğunu və özünü təcrid etdiyini bildirib. Ölkəni idarə etmək qabiliyyətini itirəcəyi təqdirdə, onu Xarici İşlər naziri Dominik Raab əvəzləyəcək.