Özbəkistanda fərdi minik avtomobillərinin hərəkətinə qadağa qoyulub


Dünya 30 Mar 2020 21:59:00 124 0

Özbəkistanda fərdi minik avtomobillərinin hərəkətinə qadağa qoyulub

Martın 30-dan aprelin 20-dək Özbəkistanda fərdi minik avtomobillərinin hərəkətinə qadağa qoyulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı qərarı Xüsusi Respublika Komissiyası qəbul edib.

Qərarda deyilir ki, yalnız ərzaq məhsullarının və dərman vasitələrinin daşınması, aptek fəaliyyəti, sanitar-gigiyenik vasitələrin satışı ilə məşğul olan, xəstəxanaların tikintisində çalışan hüquqi şəxslərin və fərdi sahibkarların avtomobillərinə, eləcə də təcili yardım maşınlarının hərəkətinə icazə verilir. Diplomatlara, kommunal xidmət təşkilatlarına, rabitə və poçt xidməti işçilərinə, kommersiya banklarına, tibbi və epidemioloji xidmət göstərən müəssisələrə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vilayət, şəhər, rayon hakimlərinə və onların müavinlərinə məxsus, habelə dəfn üçün nəzərdə tutulan avtomobillərin də hərəkətində məhdudiyyət yoxdur.

Bu nəqliyyat vasitələrinə xüsusi icazə vərəqəsini Özbəkistan Ədliyyə Nazirliyinin Dövlət Xidməti mərkəzləri verir.