Koronavirusun daha bir simptomu üzə çıxdı: Hər 30 xəstədən biri...


Digərləri 30 Mar 2020 21:05:00 90 0

Koronavirusun daha bir simptomu üzə çıxdı: Hər 30 xəstədən biri...

Yeni tip koronavirusun daha bir simptomu aşkarlanıb.

Son.az xəbər verir ki, amerikalı həkimlər xalq arasında "qırmızı göz xəstəliyi" adlandırılan kornea toxuması iltihabının koronavirusun yeni simptomu ola biləcəyini açıqlayıb. Bir neçə xəstə üzərində aparılan müşahidələr nəticəsində bu qənaətə gələn ABŞ Oftalmologiya Akademiyasının həkimləri hər 30 xəstədən 1-də bu əlamətin biruzə verdiyini bildiriblər.

Çindəki 30 xəstəxanadan toplanan bilgilərə əsasən aparılan araşdırmalar zamanı 1099 xəstədən 19-da göz iltihabının olduğu üzə çıxıb. Akademiya açıqlayıb ki, sadəcə Kovid-19 kornea toxuması iltihabının səbəbi ola bilməz. Bundan başqa, bu simptoma əsasən, göz iltihabının aşkarlandığı xəstənin koronavirus dayışıyıcısı olduğundan ilk olaraq oftalmoloqlar şübhələnə bilər.

Qırmızı göz xəstəliyi nədir?