Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb


Dünya 30 Mar 2020 21:10:00 101 0

Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.

Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nгn nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 827 nəfərə çatıb, 162 nəfər isə xəstəlikdən sağalıb.