FİFA referisi koronavirusla mübarizədə könüllü oldu


Dünya 30 Mar 2020 20:30:00 128 0

FİFA referisi koronavirusla mübarizədə könüllü oldu

İngiltərəli FİFA referisi Entoni Teylor koronavirusla mübarizədə könüllü olub.

Son.az goal.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb. 41 yaşlı referi könüllü olmaq üçün İngiltərədə Milli Səhiyyə Xidmətinə müraciət edib. Teylorun bacısı Keyt də Milli Səhiyyə Xidmətində çalışır.

İngiltərə Premyer Liqasında 2010-cu ildə hakim kimi debüt edən Teylor, 2013-cü ildən FİFA referisidir.