Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır


Dünya 30 Mar 2020 20:15:00 108 0

Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

Son.az bildirir ki, polşalı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə 28 yaşlı forvard özünün şəxsi "Instagram" hesabında paylaşım edib. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssisələrinə yemək çatdırır.

İndiyədək Polşada 1 771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib.