Şimali Amerikada neft emalı zavodları bağlanır


Dünya 30 Mar 2020 19:00:00 112 0

Şimali Amerikada neft emalı zavodları bağlanır

Neftə tələbatın kəskin azalması ilə əlaqədar Şimali Amerikada fəaliyyət göstərən neft emalı zavodları bağlanır.

Son.az Trend-ə istinadən bildirir ki, Kanadanın Nyufaundlend əyalətində yerləşən zavod fəaliyyətini dayandırdığını elan edib.

İlkin məlumatlara əsasən, zavod 2 aydan 6 ayadək işləməyəcək.

Kanada və ABŞ-da yerləşən digər neft emalı zavodları da istehsal gücünü kəskin şəkildə azaltdığını elan edib. Bəzi zavodların yaxın zamanlarda fəaliyyətini dayandıracağı istisna edilmir.