"MercedesBenz" 77 mindən çox avtomobili geri çağırır


Dünya 30 Mar 2020 19:49:00 151 0

"MercedesBenz" 77 mindən çox avtomobili geri çağırır

Almaniyanın məşhur avtomobil brendi "Mercedes-Benz"in Çindəki müştərək müəssisəsi olan "Beijing Benz Automotive"in istehsal etdiyi 77 min 607 avtomobil geri çağırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin geri çağırılmasına səbəb sükan idarəetməsinin gücləndiricisində potensial problemlərin olmasıdır. Martın 31-dən başlanacaq proses çərçivəsində 2016-cı ilin oktyabr ayından 2018-ci ilin aprelinədək olan müddətdə buraxılmış "C-class", "E-class" və "GLC SUV" modelləri geri çağırılacaq.

"Beijing Benz Automotive" avtomobilləri yoxlayacaq və nasazlıq aşkarlanarsa öz hesabına dəyişəcək.