“Urals” nefti 16 dollara düşüb


İqtisadiyyat 30 Mar 2020 17:47:30 106 0

“Urals” nefti 16 dollara düşüb

​“Urals” nefti 16 dollara düşüb

Rusiyanın “Urals” markalı nefti 1999-cu ilin səviyyəsinə düşüb.

“Report” “Argus Media”nın məlumatına əsasən xəbər verir ki, Şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti 16,2 dollar/barel olub.

Martın 27-dəki bu satış qiyməti 1999-cu ildən bu yana minimal səviyyədir.

Həftə ərzində “Urals” nefti 5,51 dollar/barel ucuzlaşıb. Bu markalı neftin bir barelinə görə endirim isə 1,25 dollar artaraq, 4,75 dollar olub, bu isə 2008-ci ildən indiyədək ən maksimum endirimdir.

Qeyd edək ki, hazırda London birjasında "Brent" markalı neftin bir bareli23 dollar, Nyu-York birjasındaWTI markalı neftin bir bareli 20 dollar ətrafında ticarət olunur.