ABŞ-da pandemiyadan ölənlərin sayı 2 513 nəfərə çatdı - YENİLƏNİB


Dünya 30 Mar 2020 17:23:00 106 0

ABŞ-da pandemiyadan ölənlərin sayı 2 513 nəfərə çatdı - YENİLƏNİB

ABŞ-da koronavirusdan ölənlərin sayı 2 489 nəfərə çatıb.

ABŞ-da pandemiyadan ölənlərin sayı artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Cons Hopkins Universiteti yayıb.

Bildirilib ki, infeksiyaya 143 000 nəfər yoluxub, 2 513 nəfər isə ölüb

Məlumata əsasən, virusdan ən çox ölən (776 nəfər) Nyu-York şəhərində qeydə alınıb.

*** 15:01

ABŞ-da koronavirusdan ölənlərin sayı 2 489 nəfərə çatıb.

“Report” “Hurriyet”ə istinadənxəbər verir ki,martın 30-na olan məlumata əsasən, ölkə üzrə 142 000 nəfər infeksiyayayoluxub.

ABŞ prezidenti Donald Tramp COVID-19-a qarşı mübarizə tədbirlərinin müddətini aprelin 30-dək uzadıb. O, koronavirusla bağlı prosesin iyun ayında yaxşılaşacağını da vurğulayıb.

Xatırladaq ki, 2018-ci ilin məlumatına əsasən, ABŞ-ın əhalisi 327 mln.167 min 434 nəfərdir.