Bakıda metro stansiyalarının girişində sərnişinlərin hərəkəti məhdudlaşdırılıb


İqtisadiyyat 30 Mar 2020 17:03:08 103 0

Bakıda metro stansiyalarının girişində sərnişinlərin hərəkəti məhdudlaşdırılıb

Bakıda metro stansiyalarının girişində sərnişinlərin hərəkəti məhdudlaşdırılıb

"Bakı Metropoliteni" QSC yeni iş vaxtına keçdikdən sonra sərnişin axınına nəzarət olunması, verilmiş qərarlara, xüsusən bir-biri ilə ara məsafəsinin qoruması ilə bağlı nəzarəti gücləndirilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hazırda Bakı metropolitenində tətbiq edilən hərəkət qrafiki və xüsusən qatarlararası interval mövcud sərnişin axınının tənzimlənmiş qaydada daşınması üçün bütün tələblərə, o cümlədən ara məsafənin qorunmasını təmin etməyə imkan verir. Lakin bu məsələyə sərnişinlərin də diqqətli olmasına, ən əsası, stansiyalar girişə açılarkən daha nizamlı, daha seyrək hərəkət etməsinə ehtiyac var.

Bunu nəzərə alaraq, daha bir nəzarət mexanizmi də tətbiq edilib. Metro stansiyalarının giriş sahələrində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdırıb tənzimləyən istiqamətləndiricilər qoyulub. Həmçinin sərnişin axını çox olan bir neçə stansiyada əlavə olaraq, xüsusi səs gücləndiriciləri ilə elanlar veriləcək, stansiyalarda sərnişinlərə davamlı olaraq müvafiq tövsiyələrin verilməsi intensivləşdiriləcək.

Sərnişinlərimizi bir daha evdə qalmağa, özünütəcrid prinsiplərinə əməl etməyə, metropolitendən yalnız kəskin zərurət yaranacağı təqdirdə istifadə etməyə, metropolitendən istifadə edərkən, ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırırıq.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək