ABŞda tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib


Dünya 30 Mar 2020 16:54:00 111 0

ABŞda tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib

ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyətinə nəzarət idarəsi qıtlıq müşahidə olunan tibbi maskaların yeni sterilizasiya qaydalarını təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki,bu qaydaları Ohayo ştatında fəaliyyət göstərən "Batelle Memorial Institute" təşkilatı hazırlayıb.

Yeni üsul N95 tipli maskaları 20 dəfəyədək dezinfeksiyaya imkan yaradacaq.

Qeyd olunur ki, təşkilat yeni texnologiya ilə gündə 160 minədək maskanı sterilizə etmək iqtidarındadır.