"Şərq Tərəfdaşlığı" ölkələri koronavirusa qarşı yardım alacaq


Siyasət 30 Mar 2020 16:16:34 110 0

"Şərq Tərəfdaşlığı" ölkələri koronavirusa qarşı yardım alacaq

Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" proqramının üzv ölkələrinə yardım proqramı çərçivəsində COVID-19 pandemiyasının sosial iqtisadi fəsadlarını yumşaltmaq üçün 140 milyon avroluq vəsait ayırıb.

Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" proqramının üzv ölkələrinə yardım proqramı çərçivəsində COVID-19 pandemiyasının sosial iqtisadi fəsadlarını yumşaltmaq üçün 140 milyon avroluq vəsait ayırıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ana Pisonero Hernandez brifinq zamanı bildirib.

Xatırladaq ki, 2009-cu ildən həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Avropa İttifaqı ilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova vəUkrayna arasında regional əməkdaşlığı inkişaf etdirməkdir.