DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Digərləri 30 Mar 2020 16:24:00 105 0
Dövlət İmtahan Mərkəzində və onun regional bölmələrində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb.
Son.az Trend-ə istinadən bildirir ki, hazırda vətəndaşların müraciətləri şənbə və bazar günləri istisna olmaqla saat 10-dan 17-dək 1653 Çağrı Mərkəzi vasitəsilə cavablandırılır.
Mərkəzin regional bölmələri üzrə də müraciətlər telefon vasitəsilə cavablandırılır.
Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki ("Facebook", "Instagram", "Twitter" "Telegram") hesablarını izləyə bilərlər.
Regional bölmələr üzrə telefon nömrələri:
- Gəncə Regional Bölməsi, tel: (022) 256-50-67;
- Bərdə Regional Bölməsi, tel: (020) 205-01-86;
- Göyçay Regional Bölməsi, tel: (020) 274-66-74;
- Lənkəran Regional Bölməsi, tel: (025) 255-24-82;