Bill Qeyts: Müharibəyə çox pul xərcləyirik, amma...


Dünya 30 Mar 2020 16:18:00 93 0

Bill Qeyts: Müharibəyə çox pul xərcləyirik, amma...

ABŞ yeni tip koronavirusa (COVİD-19) qarşı lazımi qədər qabaqlayıcı tədbirlər görmür.

Son.az axar.az-a istinadən bildirir ki, bunu "Maykrosoft" korporasiyasının yaradıcısı Bill Qeyts ABŞ hakimiyyətini pandemiya ilə bağlı tənqid edərkən deyib.

O bildirib ki, karantin elan edilməyən yerlərdə virusa yoluxmalar xeyli artacaq:

"Çox böyük iqtisadi problemlərə yol açsa da, karantin elan edilməlidir. Əyalətlərin koronavirusa qarşı fərqli tədbirlər görməsi təsiredici olmayacaq. Müharibəyə hazırlaşmaq üçün çox pul xərcləyirik, ancaq bir pandemiyaya qarşı bu qədər hazırlıq görmürük. Tez diaqnoz qoyan və peyvənd istehsal edən sistemlərə investisiya yatırmaq lazımdır".