Bu ölkədə 6 nazir koronavirusa yoluxdu


Dünya 30 Mar 2020 15:30:00 109 0

Bu ölkədə 6 nazir koronavirusa yoluxdu

Afrika ölkəsi Burkina Fasoda daha bir nazir koronavirusa yoluxub.

Son.az publika.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Şəhər Hərəkətliliyi və Yol Təhlükəsizliyi naziri Vinsent Dabilqou feysbuk hesabından COVID 19 testinin pozitiv çıxdığını açıqlayıb.

Bununla da ölkədə koronavirusa yoluxan nazir sayı 6-ya çatıb. Ölkədə yoluxma faktı son 24 saat ərzində 15 vahid artaraq 187-yə çatıb. Onlardan 12 nəfəri dünyasını dəyişib, 23 nəfər sağalıb.