Karantin qaydalarını pozan tikinti şirkətləri


Digərləri 30 Mar 2020 15:03:00 127 0

Karantin qaydalarını pozan tikinti şirkətləri

Xüsusi karantin rejim müddətində əksər iş yerlərində işlərə ara verilib. Amma elə iş yerləri var ki, orada işlərin davam etməsi labüddür. Amma müəyyən istisnalar olmaqla. Belə iş yerlərindən biri xüsusən tikintilərdir. Bəs burada çalışan işçilər qaydalara, deyilən tövsiyələrə əməl edirmi?

Mili.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Anar Məlikov - Ekspert: "Koronovirus pandemiyasının yayıldığı bir ciddi şəraitdə bəzi işlərin icra olunması ola bilər ki, zərurəti yaransın. Və bu zərurətdə də normativ gigiyena qaydaları və hazırki xüsusi şəraitin qaydalarına əsasən yəni o məsafələr saxlanmalıdır. Gigiyena qaydaları, dezinfeksiya qaydalarına riayət olunmalıdır".

Amma müşahidələrimiz göstərdi ki, iş davam edən əksər tikintilərdə qaydalara riayət olunmur. Kütləvi halda işləyənlər, hər hansı qoruyucu maskadan istifadə etməyənlər və ümumiyyətlə qaydalardan xəbərsiz olanların sayı kifayət qədər çoxdur.

Ekspertlərin sözlərinə görə, indiki vəziyyətdə xüsusi şəraitin qaydaları araşdırılmalı, risk qiymətləndirilməsi aparılmalı, görülən işlər müəyyən olunduqdan və risklər müəyyənləşdikdən sonra xüsusi rejimin şərtlərinə uyğun tədbirlər görülməlidir.

Anar Məlikov - Ekspert: "Məsəl üçün işçilərin qrup halında bir yerdə işləməmələri, xüsusi maskalardan istifadə etmələri, dezinfeksiya qaydalarına əməl olunmaları və xüsusən də havalandırma şəraitinin yaxşı olması yəni bəzi qapalı yerlərdə iş görülən zaman havalandırma qaydalarının  riayət olunması".

İqtisadçı millət vəkili Vüqar Bayramov isə deyir ki, sahibkarların koronovirusla mübarizə tədbirlərinin prinsiplərinə uyğun olaraq, iş metodunu dəyişməsinə ehtiyac var.