Yaz aylarında immuniteti gücləndirən məhsullar


Digərləri 30 Mar 2020 14:30:00 91 0

Yaz aylarında immuniteti gücləndirən məhsullar

İmmun sistemini yaza hazırlamaq üçün balanslı qidalanmaq və antioksidant tərkibli qidalara üstünlük vermək lazımdır.

Son.az publika.az-a istinadən xəbər verir ki, Türkiyəli dietoloq Serap Güzel immun sistemini bahara hazırlayan məhsulların faydalarıdan bəhs edib.

C vitamini

C vitamininin verdiyi faydalar saymaqla bitmir. Odur ki, gün ərzində C vitamini ehtiva edən qidalara üstünlük verin. C vitamini bədəndə hüceyrələrin müqavimətini gücləndirir. Hər gün mütləq ispanaq, cəfəri, itburnu və kivi yeyin.

Beta-karoten

Sarı-narıncı bitkilərdə olan beta karoten bizim üçün ən güclü antioksidantlardan biridir. Yerkökü, ananas, xurma və balqabaq ən çox beta-karoten ehtiva edən tərəvəz və meyvələrdir.

Sarımsaq

Sarımsaq kükürdlü birləşmələr, A, B1 və C vitamini də ehtiva edən möcüzəvi bir qidadır. Təbii antibiotik, antiviral, antibakteriyel və antifunqal təsiri göstərən sarımsaq immuniteti qüvvətləndirərək hüceyrələri müdafiə edir. Sarımsağın bu təsirlərindən faydalana bilmək üçün bütün olaraq udmalı deyil, çeynənib əzilməsi lazımdır. Hər gün 1 diş sarımsaq kifayətdir.

Qırmızı meyvələr

Zoğal, çəhrayı qreypfrut, çuğundur və nar antioksidant miqdarı yüksək qidalardır. Onlar yalnız immuniteti deyil, bəzi xərçəng və ürək xəstəliklərinə qarşı da qoruyucu təsirə göstərir.

Zəncəfil