Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq


Siyasət 30 Mar 2020 14:19:29 102 0

Türkiyə XİN: Beynəlxalq ictimaiyyəti Qarabağdakı “seçkiləri” tanımamağa çağırırıq

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir

Türkiyə beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda keçiriləcək qondarma "prezident və parlamentseçkilərini" tanımamağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu addım BMT Təhlükəsizlik Şurasının qərarları və ATƏT-in prinsipləri daxil olmaqla hüququn açıq şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq. Türkiyə Azərbaycanın suverenlik və ərazi bütövlüyünü pozacaq bu qeyri-legitim seçkiləri tanımır”.