Bakı sakinindən narkotik vasitə götürüldü


Sosial 30 Mar 2020 14:03:04 165 0

Bakı sakinindən narkotik vasitə götürüldü

Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Bakı sakinində narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əmirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 39 qramdan artıq qurudulmuş marixuana, kirayədə yaşadığı evdən isə 59 qramdan artıq metamfetamin, 492 qram pereqabalin, 10 qrama yaxın heroin və metilendioksimetamfematin aşkar edilərək götürülüb.