Hadisənin ailəsində gərginlik davam edir


Digərləri 30 Mar 2020 14:00:00 87 0

Hadisənin ailəsində gərginlik davam edir

Anasının intihara cəhd etməsindən sonra Hadisə böyük bacısı Hülya Açıkgözlə münasibətlərini kəsmişdi.

Son.az publika.az-a istinadən xəbər verir ki, müğənninin kiçik bacısı Derya Açıkgözün də Hülya Açıkgözlə dalaşdığı məlum olub. Belə ki, bu çətin günlərdə Derya Açıkgöz Hülyanı instaqramda dost siyahısından silib. Məlum olub ki, ailə üzvləri Hülya Açıkgözlə əlaqəni kəsməyə qərar verib.

Xatırladaq ki, Hadisə menecerliyini edən bacısı Hülya Açıkgözün onun gəlirlərini gizlətdiyini iddia etmişdi.