“76 yaşlı anamı görmürəm, uzaqdan birbirimizə əl edirik”


Şou-biznes 30 Mar 2020 14:06:00 113 0

“76 yaşlı anamı görmürəm, uzaqdan birbirimizə əl edirik”

"İtaliya və İspaniyada nələr baş verir... Bizim kimi emosional insanlardır, bir-birimizi öpüb, qucaqlaşırıq.  Görün, bir günə neçə yüz insan dünyasını dəyişir. Ciddi olub özümüzü, böyüklərimizi qorumalıyıq".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "5-də 5" proqramında deyib. Məşhur müğənni koronavirus (COVİD- 19) pandemiyası səbəbindən anası ilə görüşmədiyini qeyd edib:

"Anamın 76 yaşı var. Novruzdan sonra onu görməmişəm. Maska və əlcəyimi taxıb qapının zəngini basıram, ona lazım olan bazarlığı qapının ağzına qoyuram. Uzaqdan bir-birimizə əl edib salam veririk. İnternet vasitəsilə görüntülü əlaqə saxlama imkanımız var. Bundan istifadə etmək olar.

Atamızdan, babamızdan doymayan insanlarıq, istiqanlıyıq. Yaşlı insanlar, niyə küçəyə çıxırsız? Niyə sizi polis tutub evə aparmalıdı? Hamı inanır ki, başına bu iş gəlməyəcək. Virus rəngi, dadı, qoxusu olan bir şey deyil, yoluxub-yoluxmayacağını necə bilərsən?"