Hava şəraiti qeyrisabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb


Digərləri 30 Mar 2020 13:42:00 137 0

Hava şəraiti qeyrisabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb

Martın 30-u gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən əlumata görə, düşən yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 11, Balakəndə 9, Sarıbaşda (Qax) 8, Zaqatalada 7, Şərur, Şahbuz, Ordubadda 6, Qəbələ, Ağdərədə (Ordubad) 4, Kişçay (Şəki), Şəmkir, Gədəbəy, Göygöldə 3, Lerik, Daşkəsən, Xınalıq, Gəncədə 2, Şəki, Şamaxı, Mərəzə, Quba, Xaltan, Tərtər, Bərdə, Beyləqan, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Şahdağ, Tovuz, Ağstafa, Naftalanda 1, Bakıda 3, Zabrat, Maştağada 2 mm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Lerik, Sarıbaş, Balakən, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub.