Azərbaycan Formula 1in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb


Digərləri 30 Mar 2020 13:03:00 133 0

Azərbaycan Formula 1in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb

Bakı Şəhər Halqası Formula 1 Azərbaycan Qran prisinin təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov deyib.

O bildirib ki, küçə trasının quraşdırılması nəhəng işdir və yekun qərarı işlər başlamazdan əvvəl vermək lazım idi:

"Biz qərarı vaxtında verməli idi. Çünki qərar verilməzdən əvvəl bəzi qurğular quraşdırılmalı idi və buna vaxt lazım idi. Trasın hazırlanmasına iki-üç ay vaxt gedir".

A.Rəhimov deyib ki, tədbir həm ölkə, həm də şəhər üçün böyük əhəmiyyət daşısa da, indi ölkənin qarşısında digər prioritetlər dayanır və Formula 1-in iyunun 7-də keçirilməsi şansı olsa idi belə, yarışı indiki şəraitdə reklam etmək düzgün olmazdı:

"Yekunda boş hesab olunacaq xərclərin heç biri həyata keçirilmədi. Bununla da, hazırda biz heç bir birbaşa maliyyə itkisi ilə üzləşməmişik".

O əlavə edib ki, Bakı yarışların yeni tarixi barədə məlumatları gözləməkdədir: